Bank Of Baku

ATXƏM üzvləri Neftçalada Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarını ziyarət ediblər

ATXƏM üzvləri Neftçalada Qafqaz İslam Ordusunun əsgərlərinin məzarlarını ziyarət ediblər
# 28 mart 2008 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin üzvləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər planı çərçivəsində Azərbaycanı 1918-ci ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam Ordusunun Neftçala rayonu ərazisində şəhid olmuş qəhrəman əsgərlərinin məzarlarını ziyarət ediblər. TÜSIAB-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimə TÜSİAB və TRT kanalının Azərbaycan nümayəndəliyinin rəhbəri də qatılıb. Neftçalanın Seyidlər kənd məzarlığında uyuyan 10 şəhidin qəbirləri üzərində ucaldılmış xatirə abidəsi önündə keçirilən tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov həmin günlərdə Türkiyə ordu komandanlığının qəbul etdiyi siyasi qərarı Azərbaycanın bir dövlət kimi mövcudluğunun qarantı olan tarixi hadisə kimi dəyərləndirib. O, Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında keçdiyi şərəfli yola tarixi ekskurs edərək, bu yolu Türkiyə-Azərbaycan əbədi qardaşlığının bünövrəsi kimi, bir kökdən rişələnən iki xalqın ayrılmazlığının tarixi təsdiqi kimi qiymətləndirib. İlham İsmayılov artıq “Nuru Paşa” filminin çəkilişi üzərində gərgin iş getdiyini söyləyərək bildirib ki, bədii-sənədli janrda olacaq bu filmin təqdimatı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsinin 90 illiyi münasibəti ilə 2008-ci il sentyabrın 15-də keçiriləcək. Tədbirdə çıxış edən TÜSİAB baş katibi Ümit Yanık, professor Hüseynağa Hüseynov, Salyan Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Xəzər Emin və Neftçala rayonunun baş axundu Hacı Əliqəmə qardaş torpaqlarında canlarından keçən türk əsgərlərinin qəhrəmanlıqları və onların bu ərazilərdə keçdikləri döyüş yolundan danışaraq, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusi vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR