Bank Of Baku

Azərbaycan paytaxtında üç avtomobil toqquşub

Azərbaycan paytaxtında üç avtomobil toqquşub
# 29 mart 2008 10:56 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakının Nəsimi rayonunun Ramiz Məmmədov və Hüseynbala Əliyev küçələrinin kəsişməsində avtomobil qəzası baş verib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Ramal Nadirovun idarə etdiyi VAZ-2107 markalı avtomobil işıqforun qırmızı işığında dayanan VAZ-2107 markalı digər iki avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR