Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda silah-sursat tapılıb

Azərbaycanın Zaqatala rayonunda silah-sursat tapılıb
# 30 mart 2008 10:27 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsində keçirilən “Sərhəd-Sipər” əməliyyatları nəticəsində Zaqatala rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən axşam rayonun Dağıstanla sərhəd olan dağlıq zonasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Meşleş kəndi ərazisində 1 ədəd “AK-74” avtomatı, 20 ədəd avtomat gülləsi və 1 ədəd avtomat darağı aşkarlanaraq götürülüb. Müvafiq araşdırma aparılandan sonra tapılan silah-sursat Daxili İşlər Nazirliyinin silah anbarına təhvil veriləcək.
Qeyd edək ki, Azərbaycanın Rusiya ilə sərhəd olan şimal-qərb bölgəsində “Sərhəd-Sipər” adı altında təşkil olunmuş əməliyyat-axtarış tədbirləri bir neçə gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR