Bank Of Baku

Azərbaycanın Füzuli rayonunda su kanalından xeyli sayda hərbi sursat aşkarlanıb

Azərbaycanın  Füzuli rayonunda su kanalından xeyli sayda hərbi sursat aşkarlanıb
# 30 mart 2008 17:48 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. Bu gün Füzuli rayonun Kərimbəyli kəndi yaxınlığında Baş Mil kanalından xeyli sayda hərbi sursat aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Kərimbəyli kənd sakini Soltan Məmmədov kanalın içindən xeyli sayda partlamamış tank və top mərmiləri tapıb. Daha sonra isə o, bununla əlaqədar ANAMA-ya məlumat verib. ANAMA-nın mütəxəssislərinin “Azərsu” SC-yə müraciətindən sonra kanalda su dayandırılıb və əraziyə baxış keçirilib. Mütəxəssislər daha bir neçə yerdə partlamamış hərbi sursat aşkarlayıblar və belə qənaətə gəliblər ki, kanal, həmçinin ətraf əraziləri çirkləndirilib, ərazidə xeyli saytda hərbi sursat olması ehtimal edilib. Onlar bunun 1993-94-cü illərdə ərazi düşmən işğalında olarkən atıldığını da güman ediblər.
Ərazinin təmizlənməsi üçün ANAMA tərəfindən müasir avadanlıq cəlb edilib. Qurumdan onu da bildiriblər ki, tam təmizləmə işləri payızda kənd təsərrüfatında suya daha az ehtiyac olduğu vaxtda aparılacaq. Həmin vaxt kanalda su axını dayandırılaraq, təmizlənmə işləri görüləcək.
İlkin mərhələdə isə kanalın yaşayış məntəqələrinə yaxın əraziləri və körpülərin altı təmizlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR