Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunda bir uşaq anası özünü qatarın altına ataraq intihar edib

Azərbaycanın Dəvəçi rayonunda bir uşaq anası özünü qatarın altına ataraq intihar edib
# 31 mart 2008 07:34 (UTC +04:00)
Dəvəçi. Solmaz Mehdiyeva-APA. Bu gecə saat 03.00 radələrində Dəvəçi rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, rayonun Uzunboyat kənd sakini, 1981-ci il təvəllüdlü Lətafət Muxtar qızı Muxtarova özünü Bakı-Yalama qatarın altına atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Bir uşaq anası L. Muxtarova ərindən boşanıb. Hadisədən əvvəl onun keçmiş əri ilə mübahisə etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR