Bank Of Baku

Azərbaycanın Rusiya ilə sərhəd ərazilərində keçirilən “Sərhəd-Sipər” əməliyyatları başa çatıb

Azərbaycanın Rusiya ilə sərhəd ərazilərində keçirilən “Sərhəd-Sipər” əməliyyatları başa çatıb
# 31 mart 2008 11:10 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Rusiya ilə sərhəd olan şimal-qərb bölgəsində keçirilən “Sərhəd-Sipər” əməliyyatları bu gün başa çatıb. Dağıstanla sərhəd olan Qax, Zaqatala və Balakən rayonları ərazisində ötən gün aparılan əməliyyat axtarış tədbirləri nəticəsində növbəti dəfə xeyli silah-sursat aşkarlanıb. Qax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Məmməd Malıyevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, martın 30-da Qax-İlisu yolunun üzərində yerləşən meşə zolağında 1 ədəd avtomat, 2 ədəd əl qumbarası, 2 ədəd avtomat sandığı və 200 ədəd mərmi aşkar edilərək götürülüb. Zaqatala polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mazıx kəndi ərazisində 4 ədəd əl qumbarası və 39 ədəd qumbara alışqanı, Balakən rayonunun Arılıq adlanan ərazisində isə 1 ədəd “Toz-8” tüfəngi və 2 ədəd əl qumbarası tapılıb. Tapılmış silah-sursat Daxili İşlər Nazirliyinin (DİN) silah anbarına təhvil verilib.
Qeyd edək ki, DİN tərəfindən “Sərhəd-Sipər” adı altında təşkil olunmuş əməliyyat axtarış tədbirləri nəticəsində Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində axtarışda olan 3 nəfər həbs edilib və külli miqdarda silah-sursat aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR