Bank Of Baku

Sumqayıtda dörd nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib

Sumqayıtda dörd nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib
# 01 aprel 2008 10:15 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Sumqayıt şəhərindəki “Qurd Dərəsi” adlanan bağlar sahəsində şəhər sakini Məzahir Əliyevə məxsus 2 otaqlı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində evin pəncərə şüşələri sınıb, həmin ünvanda yaşayan Tərtər rayon sakinləri Feyruz Vəliyev, onun həyat yoldaşı Samirə Vəliyeva, qızı Aydan və oğlu Fərid Vəliyevlər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR