Bank Of Baku

Samuxda iki fahişəlik yuvası aşkarlanıb

Samuxda iki fahişəlik yuvası aşkarlanıb
# 01 aprel 2008 10:20 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi reyd nəticəsində rayon ərazisində fəaliyyət göstərən iki restoranda əxlaqsızlıq yuvası aşkarlanıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, reyd zamanı rayon mərkəzində yerləşən “Qafqaz” restoranında 18, Qarayeri qəsəbəsində yerləşən “Alaqapı” restoranında isə 8 nəfər saxlanılıb. “Qafqaz” restoranında saxlananlardan 8 nəfəri, “Alaqapı” restoranında saxlananlardan isə 4 nəfəri fahişəliklə məşğul olan qadınlardır. Samux RPŞ-nin rəis müavini Bahadur Şükürov jurnalistlərə açıqlamasında hər iki restoranın sahibinin saxlandığını deyib. Onun sözlərinə görə, “Qafqaz” restoranın sahibi Aytəkin Ələsgərov və “Alaqapı” restoranının sahibi Eldəniz Məmmədov barədə Cinayət Məcəlləsinin 244-cü maddəsi (əxlaqsızlıq yuvası saxlama) ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə isə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb etdiyi üçün Ellada Osmanova adlı qadın saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR