Bank Of Baku

Bərdədə 4 yaşlı uşaq itkin düşüb

Bərdədə 4 yaşlı uşaq itkin düşüb
# 03 aprel 2008 07:53 (UTC +04:00)
Bərdə. Teymur Quliyev - APA. Aprelin 2-də Bərdə rayonunun Əyricə kəndində məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün olan Bəhmən Abışovun 4 yaşlı oğlu Seyfəddin Abışov itkin düşüb. Bu barədə APA-nın Qarabağ bürosuna Rayon Polis Şöbəsindən bildirilib. Abışovlar ailəsinin evi Tərtər çayının yaxınlığında olduğundan, azyaşlının suya düşərək boğulduğu güman edilir. Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları axtarış tədbirləri həyata keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR