Bank Of Baku

Avropa Birliyi Məhkəməsi PKK-nı terrorçu təşkilatlar siyahısından çıxarıb

Avropa Birliyi Məhkəməsi PKK-nı terrorçu təşkilatlar siyahısından çıxarıb
# 03 aprel 2008 12:41 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmə bu qərarı PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı Osman Öcalanın müraciəti əsasında verib. Məhkəmə 2002-ci ildə qəbul olunmuş qərarı AB qanunlarına zidd sayıb. Maraqlıdır ki, Osman Öcalanın qaldırdığı iddia 2005-ci il fevralın 15-də rədd edilmiş və onun PKK-nı təmsil etmək səlahiyyətinin olmadığı bildirilmişdi. Ancaq bu qərardan apellyasiya verildikdən sonra işə yenidən baxılıb və 2002-ci ildə qəbul olunmuş qərar AB qanunlarına zidd sayıldığı üçün ləğv edilib.

Qeyd edək ki, Avropa Birliyi Məhkəməsi 1958-ci ildə qurulub və qurumda hər üzv dövlətdən bir hakim, eləcə də 8 vəkil təmsil olunur. Onlar 6 il müddətinə seçilir, hər üç ildən bir məhkəmə heyətinin yarısının tərkibi yenilənir. Məhkəmə AB-yə üzv dövlətlər, üzv dövlətlərlə AB, fiziki və hüquq şəxslərlə AB arasında mübahisələri tənzimləyir. Məhkəmə AB-nin qoşulduğu beynəlxalq razılaşmalara rəy verir, üzv ölkələrin milli məhkəmələrinin AB-nin normativ-hüquqi aktlarının və AB səviyyəsində imzalanan müqavilələrin tövsif edilməsinə dair müraciətlərini cavablandırır. AB ölkələri ərazisində bu məhkəmə orqanının qərarlarının icrası məcburidir. Maastriht müqaviləsinə əsasən məhkəmənin qərarlarını icra etməyən dövlətlərin üzərinə cərimə qoyulur. Avropa Birliyi Məhkəməsinin Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi ilə hər hansı bağlılığı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR