Bank Of Baku

Həbsdə olan general Vəli Kiçik açıqlama yayıb

Həbsdə olan general Vəli Kiçik açıqlama yayıb
# 03 aprel 2008 16:18 (UTC +04:00)
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, istefada olan general V. Kiçik “Ergenekon” adlı təşkilat olduğuna inanmadığını bildirib: “Mənim haqqımda ortaya atılmış iddiaların əsl məqsədi diqqəti əsas məsələlərdən yayındırmaq və Türkiyə Silahlı Qüvvələrini nüfuzdan salmaqdır. Bu istintaq vasitəsilə ölkəmizdə dünyəvi demokratik rejimi, milli maraqları və milli ləyaqəti qorumaq istəyənlərə qarşı psixoloji müharibənin aparıldığı qənaətindəyəm”. V. Kiçik mətbuatda yayılan xəbər və yazılarla barəsində məhkəməsiz hökm çıxarıldığını söyləyib: “Guya “Cumhuriyet” qəzetinə atılan bombaları mənim verdiyim, İraqın şimalına silah göndərilməsini təşkil etdiyim və bu tipli digər xəbərlər tamamilə yayandır. Nə Qrant Dink cinayəti, nə Danıştaya hücum, nə də “Cumhuriyet” qəzetinə bomba atılması ilə heç bir əlaqəm yoxdur. Bu aksiyaları həyata keçirənləri tanımıram. Həyatımın heç bir mərhələsində hər hansı illeqal təşkilat və aksiyaya bağlılığım olmayıb və belə addımlara dəstək də verməmişəm”. V. Kiçik hələ ittihamnaməsi hazırlanmayan və gizli aparılan istintaq barədə ətraflı açıqlama verməyi lazım bilmədiyini vurğulayıb: “Sadəcə, mətbuatı və qələmi ilə istintaqa təsir göstərmək istəyənləri obyektiv olmağa, gerçəkləri araşdırıb tapmağa, qanunla istintaq və mühakiməni həyata keçirən qurumlara hörmət göstərməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR