Bank Of Baku

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının şöbə rəisinin evindən silah oğurlanıb

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının şöbə rəisinin evindən silah oğurlanıb
# 04 aprel 2008 12:38 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 1-də axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında şöbə rəisi vəzifəsində işləyən Şəmsi Zakir oğlu İbrahimovun Əzizbəyov rayonunun Dübəndi bağ sahəsində yerləşən evindən oğurluq edilib. Əzizbəyov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər evin pəncərəsini sındıraraq içəri daxil olub, evdən 1 ədəd ov tüfəngi, 1 ədəd pnevmatik silahı və müxtəlif ev əşyaları götürərək hadisə yerindən qaçıblar. Hadisə zamanı evdə heç kim olmayıb. Hazırda qarətçilərin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177. 2. 3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR