Bank Of Baku

Sabirabadda “Ana” ləqəbli narkodiler yaxalanıb

Sabirabadda “Ana” ləqəbli narkodiler yaxalanıb
# 05 aprel 2008 08:05 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov APA. Sabirabad rayon sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılması ilə məşğul olan “Ana” ləqəbli Əlişov Arif Gəncəli oğlunun üstündən 10,6 qram heroin və 22 qram qurudulmuş marixuana tapılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini Xalid Quliyev məlumat verib. O bildirib ki, A. Əlişovun evindən narkotik vasitələrin satışı üçün nəzərdə tutulmuş tərəzi və kiçik kütləli çəki daşları aşkarlanaraq götürülüb. A. Əlişov həbs olunub və barəsində cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR