Bank Of Baku

Vətəndaşlardan narkotik vasitələr götürülüb

Vətəndaşlardan narkotik vasitələr götürülüb
# 05 aprel 2008 10:56 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən bir sıra vətəndaşlardan narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 4-də həyata keçirilən əməliyyat tədbirləri nəticəsində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Əli Bayramlı şəhər Polis Şöbəsi əməkdaşları Əli Bayramlı şəhər sakini Zaur Dadaşovdan 0,777 qram heroin, Sumqayıt Polis İdarəsinin əməkdaşları isə Abşeron rayon sakini İntiqam Qurbanovdan 0,259 qram heroin götürüblər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsi və Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon sakinləri Ramiz İmamverdiyev və Vüqar Musayev 0,039 qram heroini satarkən tutulublar. Həmçinin Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri İlham Əsgərov və Elmir Cəlilov yaxalanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR