Bank Of Baku

Sumqayıtda və Bakıda müxtəlif cinayətlər törədən şəxslər yaxalanıb

Sumqayıtda və Bakıda müxtəlif cinayətlər törədən şəxslər yaxalanıb
# 05 aprel 2008 11:13 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Aprelin 4-də Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İlqar Novruzova qarşı quldurluq etmiş şəhər sakinləri müəyyənləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Olayı törədənlərdən biri, əvvəllər məhkum olunmuş Nazim Cəfərov yaxalanıb, əvvəllər məhkum olunmuş Zaur Əliyev isə axtarılır.
Elə həmin gün Bakı şəhər sakini Cənhur Hüseynova bıçaqla xəsarət yetirmiş şəxslər də saxlanılıblar. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də C. Hüseynova bıçaqla xəsarət yetirən şəhər sakinləri Fuad Hüseynov, Nəriman Səfərov və Damət Qurbanov yaxalanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR