Bank Of Baku

Azərbaycan paytaxtında yaşayış binasında güclü yanğın olub - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycan paytaxtında yaşayış binasında güclü yanğın olub - <font color=#FF0000>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 05 aprel 2008 14:04 (UTC +04:00)
Hadisə yerinə Bakının Səbayel, Nəsimi, Yasamal və Binəqədi rayonlarının Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 10-dək yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün lazımi tədbirlər görüblər. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Baş İdarəsinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə bildirib ki, paytaxtın 28 May küçəsi, 3 ünvanında yanğın baş verməsi barədə saat 15.11 radələrində idarəyə məlumat daxil olub. Yanğınsöndürənlər dərhal hadisə yerinə gəliblər. Vəziyyətin mürəkkəbliyi nəzərə alınaraq, 2 saylı çağırışla Bakının bütün rayonlarının yanğınsöndürənləri hadisə yerinə çağırılıb. Qərargah rəisi yanğının qarşının vaxtında alınmamasının və daha böyük ərazini əhatə etməsinin səbəblərinə də aydınlıq gətirib: “Binanın damına çıxış olmadığından, yanğınsöndürənlər çətin vəziyyətlə üzləşiblər, hadisənin qarşısını vaxtında almaq mümkün olmayıb. Bununla belə, əməkdaşlarımız yanğını söndürməyə müvəffəq olublar. Hazırda yanğın kəşfiyyatı aparılır”.
Ə. Novruzov hadisənin baş vermə səbəblərinin hələlik məlum olmadığını, bu barədə aparılan araşdırmalardan sonra konkret söz söyləməyin mümkünlüyünü vurğulayıb. O, 152 kv/m sahənin tamam yandığını, hadisə nəticəsində xəsarət alanların olmadığını da bildirib.














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR