Bank Of Baku

Azərbaycanın Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib

Azərbaycanın Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib
# 06 aprel 2008 08:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Gəncə Şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Gəncənin Şah İsmayıl Xətai küçəsi, 36 saylı binanın sakini 1960-cı il təvəllüdlü Alim Novruzov qonşusuna bıçaqla ağır xəsarət yetirib. Yaralanan 1964-cü il təvəllüdlü Şaban Muxtarov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti qənaətbəxşdir. Həbs edilən A. Novruzov isə hadisənin qonşusu ilə zarafat edərkən baş verdiyini söyləyib. Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR