Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunun Gindəri kəndində yanğın hadisəsi baş verib

Azərbaycanın Lənkəran rayonunun Gindəri kəndində yanğın hadisəsi baş verib
# 06 aprel 2008 09:25 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Lənkəran rayonunun Gindəri kəndində yanğın hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, bu gün səhər saatlarında Gindəri kəndində 1950-ci il təvəllüdlü Cəfərov Bəşirə məxsus ikimərtəbəli yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürənləri gətirilib. Onların müdaxiləsindən sonra yanğının qarşısı alınıb. Buna baxmayaraq, evin 90 kvadratmetrlik sahəsi yanıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR