Bank Of Baku

Azərbaycanın Astara rayonunda yanmış qadın cəsədi tapılıb

Azərbaycanın Astara rayonunda yanmış qadın cəsədi tapılıb
# 06 aprel 2008 09:25 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda yanmış qadın cəsədi tapılıb. Bu barədə APA-ya Astara rayon prokurorunun köməkçisi Novruz Hacıyev bildirib. Prokuror köməkçisi deyib ki, martın 29-da rayonun Telmankənd kəndinin sakini Rza Rəhmətov ərizə ilə yerli polis şöbəsinə müraciət edərək qızı, 1990-cı ilə təvəllüdlü Aygün Rəhmətovanın martın 25-dən itkin düşməsi barədə məlumat verib. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən A. Rəhmətovanın axtarışları istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsiz qalıb. Aprelin 5-də isə A. Rəhmətovanın yaxınları onun yanmış cəsədini evlərinin zirzəmisindən aşkarlayıblar. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR