Bank Of Baku

Bakının Nərimanov rayonunun sakini intihar edib

Bakının Nərimanov rayonunun sakini intihar edib
# 07 aprel 2008 09:59 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 5-də saat 23:00 radələrində F. Yusifov küçəsi, ev 5, mənzil 3-də yaşayan 30 yaşlı Zvorono Aleksey Vladimirovç özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. O, kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. A. Zvorono aprelin 6-da xəstəxanada ölüb. İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR