Bank Of Baku

Binəqədi rayon sakini özünü 9-cu mərtəbədən atıb

Binəqədi rayon sakini özünü 9-cu mərtəbədən atıb
# 07 aprel 2008 10:58 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 6-da Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon sakini Mehman Dəmirov özünü Azadlıq prospektindəki 187 saylı evin 9-cu mərtəbəsindən atıb.
Binəqədi Rayon Prokurorluğundan APA-ya bildirilib ki, mərhumun yaxınları son vaxtlar 45 yaşlı M. Dəmirovda ruhi pozğunluğun yarandığını deyiblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Qeyd edək ki, mərhum Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Neft Şirkəti üzrə Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR