Bank Of Baku

Akademik Vahid Hacıyev vəfat edib

Akademik Vahid Hacıyev vəfat edib
# 07 aprel 2008 13:47 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Görkəmli geobotanik alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun direktoru, akademik Vahid Cəlal oğlu Hacıyev 80 yaşında vəfat edib. AMEA-dan APA-ya verilən məlumata görə, V. Hacıyev 1928-ci il fevralın 14-də Azərbaycanın Şuşa şəhərində anadan olub. O, 1943-cü ildə Tərtər şəhərində orta məktəbi, 1947-ci ildə Gəncə şəhərində S. Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirib. Böyük və Kiçik Qafqazın, Talışın, o cümlədən Naxçıvanın yüksək dağ çəmənlərinin hərtərəfli və dərindən tədqiqatı ilə məşğul olan alim təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda da bu sahədə ən görkəmli tədqiqatçı kimi tanınıb. Onun rəhbərliyi ilə müxtəlif monoqrafiya və kitablar, o cümlədən “Azərbaycan bitki örtüyü” xəritələri tərtib edilib. 350-dən çox elmi iş və monoqrafiyanın müəllifi olan V. Hacıyev müxtəlif illərdə “Əmək veteranı” medalı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR