Bank Of Baku

Bakının Xətai rayonu ərazisindəki mənzildən 15 min manat oğurlanıb

Bakının Xətai rayonu ərazisindəki mənzildən 15 min manat oğurlanıb
# 07 aprel 2008 14:21 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Martın 5-də saat 23:00 radələrində Bakı şəhərinin Xətai rayonunda, Neapol küçəsi, ev 24, mənzil 14-də yaşayan Tahir Məhərrəm oğlu Səmədovun mənzilindən 15 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Araşdırma zamanı oğruların mənzilə açıq qapıdan daxil olduqları müəyyənləşib. Hadisəni törədən şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3. 2-ci (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR