Bank Of Baku

Azərbaycanın Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycanın Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 08 aprel 2008 08:03 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Qax rayonu ərazisində bir nəfərin ölümü, üç nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 07:00 radələrində Xaldan-Balakən magistral yolunun 195-ci kilometrliyində, rayonun Qorağan kəndi ərazisində olub. Balakən rayon sakini Polad Oqtay oğlu Nurullayevin idarə etdiyi “VAZ-21099” markalı, 10 LU 590 dövlət nömrə nişanlı maşın aşıb. Qəza nəticəsində avtomobilin sərnişini, sürücünün atası Oqtay Mövsüm oğlu Nurullayev aldığı xəsarətdən hadisə yerində keçinib. Digər sərnişinlər Rövşən Nurullayev, Natiq Kazımov və sürücü Polad Nurullayev müxtəlif bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, bu, son bir ayda Xaldan-Balakən magistral yolunda qeydə alınan sayca 5-ci ağır yol qəzasıdır. Bu qəzalar nəticəsində 10 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR