Bank Of Baku

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib
# 08 aprel 2008 09:29 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev və Hənifə Abdullayev küçələrinin kəsişdiyi yerdə qeydə alınıb. Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Güloğlan oğlu Rəsulov idarə etdiyi “VAZ21011” markalı, 42 BE 187 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən piyada, şəhər sakini, 1996-cı il təvəllüdlü Aydın Rasim oğlu Xudaverdizadəni vurub. Nəticədə xəsarət alan piyada Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR