Bank Of Baku

Səbayel rayonunda iki maşın toqquşub, iki nəfər ölüb, bir nəfər ağır yaralanıb

Səbayel rayonunda iki maşın toqquşub, iki nəfər ölüb, bir nəfər ağır yaralanıb
# 08 aprel 2008 10:55 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gecə Səbayel rayonu ərazisində yerləşən Bibiheybət yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Şamaxı rayon sakini Xəyyam İsgəndərovun idarə etdiyi “KamAZ” markalı, 45 BE 161 nömrəli nişanlı avtomobil Bakı şəhər sakini Anar Süleymanovun idarə etdiyi “VAZ-2106” markalı, 10 UE 429 nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə sərnişinlər Vüqar Şükürov və Rəcəb Rəcəbov ölüblər, A. Süleymanov isə ağır yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR