Bank Of Baku

Bakı Sənaye Pedaqoji Texnikumunun Balakən filialının müəllim və tələbələri etiraz aksiya keçiriblər

Bakı Sənaye Pedaqoji Texnikumunun Balakən filialının müəllim və tələbələri etiraz aksiya keçiriblər
# 09 aprel 2008 10:23 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Bakı Sənaye Pedaqoji Texnikumunun (BSPT) Balakən filialının müəllim və tələbələri təhsil müəssisəsinin inzibati binadan çıxarılmasına etiraz olaraq aksiya keçiriblər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, texnikumun rayon filialının direktoru Xalid Xəlilov bildirib ki, rayon təhsil şöbəsinin əməkdaşları ötən gün Rayon İcra Hakimiyyətinin (RİH) göstərişi binanın qapısını bağlayaraq, tələbə və müəllimləri məktəbə buraxmayıblar. Direktorun sözlərinə görə, sözügedən bina onlara 1997-ci ildə RİH-in xüsusi sərəncamı ilə verilib: “Binanın bizim əlimizdən alınması qanunsuzdur”. Məktəb rəhbərliyi tələbələri bir vətəndaşa məxsus binada yerləşdirmək məcburiyyətində qalıb. X. Xəlilov məsələ ilə bağlı texnikumun tələbə və müəllim heyəti adından Təhsil Nazirliyinə və Prezident Aparatına şikayət edildiyini bildirib. RİH başçısının müavini Mehparə Nuriyeva isə APA-nın yerli bürosuna açıqlamasında texnikum rəhbərliyinin şikayətlərinin əsassız olduğunu vurğulayıb. BSPT-nun Balakən filialının artıq bağlandığını əsas gətirən M. Nuriyeva təhsil müəssisəsinin başqa bir özəl obyektdə yerləşdiyini bildirib. O, məktəbin çıxarıldığı inzibati binanın isə Təhsil Nazirliyinin balansında olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR