Bank Of Baku

Bakının Binəqədi rayonunda 18 yaşlı qız itkin düşüb

Bakının Binəqədi rayonunda 18 yaşlı qız itkin düşüb
# 09 aprel 2008 11:59 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Aprelin 6-da saat 18.00 radələrində 6-cı mikrorayonun İ. Cümşüdov küçəsi, ev, 1, mənzil 81-də yaşayan 18 yaşlı Türkan Qulu qızı Məmmədova itkin düşüb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən APA-ya verilən məlumata görə, o, yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Hələlik T. Məmmədovanın harada olması müəyyənləşməyib: “ Anasının dediyinə görə, Türkan bundan öncə bir dəfə də evlərindən getsə də, anası onu taparaq evlərinə gətirib. Sonuncu dəfə o evdən çıxarkən paltarlarını da özü ilə aparıb. Hazırda onun tapılması üçün tədbirlər davam etdirlir ”.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR