Bank Of Baku

DİN-in Daxili Qoşunlarının Baş Qərargahının əməkdaşının avtomobilindən sənədlər oğurlanıb

DİN-in Daxili Qoşunlarının Baş Qərargahının əməkdaşının avtomobilindən sənədlər oğurlanıb
# 09 aprel 2008 13:06 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bu il aprelin 7-də saat 19:00 radələrində Ə. Ələkbərov küçəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Qərargahında katibə işləyən, Bakı şəhər sakin Samirə Novruzovaya məxsus “Hunday-Tukson” markalı 10 VK 609 nömrə nişanlı avtomobildən oğurluq edilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər avtomobilin şüşələrini sındıraraq avtomobilin içərisindəki əl çantasını oğurlayıblar. Hadisə zamanı çantada sənədlər və pul olub. Rayon Polis İdarəsindən hadisə ilə bağlı saxlanılan şəxsin olmadığını bildirdilər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR