Bank Of Baku

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 09 aprel 2008 13:49 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə 1 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Şəki rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Siracəddin Rüstəmovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Yevlax-Balakən magistral yolunun 43-cü kilometrliyində, Şəki rayonunun Aydınbulaq kəndi ərazisində olub. Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Veysəl Ələsgər oğlu Süleymanovun idarə etdiyi “Mercedes” markalı, 10 VT 503 dövlət nömrə nişanlı maşın aşıb. Nəticədə maşındakı sərnişinlərdən Xavər Adışirin qızı İbrahimova aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücüsü və digər sərnişinlər Şahin İbrahimov, Cümşüd İsmayılov, Vətəngül Məmmədova ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR