Bank Of Baku

Bu ilin birinci rübü ərzində Bakıda baş verən yol qəzalarında 56 nəfər ölüb

Bu ilin birinci rübü ərzində Bakıda baş verən yol qəzalarında 56 nəfər ölüb
# 09 aprel 2008 16:05 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. 2008-ci ilin birinci rübü ərzində Bakı şəhəri ərazisində 254 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 56 nəfər dünyasını dəyişib və 278 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov bildirib ki, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 63%, ölənlərin sayı 38,5%, xəsarət alanların sayı 24,2% azalıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti saat 23.00-24.00 arasında baş verir, həmin vaxtlarda 87 yol-nəqliyyat hadisəsində 19 nəfər ölüb , 96 nəfər yaralanıb. Hadisələr ən çox istirahət günləri baş verir. Bu günlər ərzində 71 yol-qəza hadisəsi qeydə alınıb, 17 nəfər ölüb, 74 nəfər xəsarət alıb. 2008-ci ilin birinci rübündə yol qəzalarının əksəriyyəti Bakının Heydər Əliyev, Babək, Qara Qarayev, Ziya Bünyadov, Nobel prospektlərində, hava limanına gedən yolda və Zığ yolunda olub. Qəzaların əsas səbəblərindən biri sürücülərin sürət həddini aşmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR