Bank Of Baku

Bu ilin ilk üç ayında Bakıda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların vurulması ilə bağlıdır

Bu ilin ilk üç ayında Bakıda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların vurulması ilə bağlıdır
# 09 aprel 2008 16:35 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. 2008-ci ilin ilk üç ayında Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların vurulması ilə bağlıdır. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib. O deyib ki, sürücülərin sürət həddinin aşması ilə bağlı 134 yol qəzasında, 27 ölüm, 110 xəsarət alma müəyyənləşdirilib. V. Əsədovun sözlərinə görə, piyadaların təqsiri üzündən 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR