Bank Of Baku

Rusiyadan 13 milyon rublu qeyri-qanuni yollarla çıxarmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyadan 13 milyon rublu qeyri-qanuni yollarla çıxarmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb
# 10 aprel 2008 12:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvanın Şeremetyevo hava limanında Rusiyadan qeyri-qanuni yolla xarici valyuta çıxarmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Bakı-Moskva aviareysinin sərnişini olan Azərbaycan vətəndaşının əl yükünün yoxlanılması zamanı gömrükçülər deklarasiyada göstərilməmiş 290 min 902 dollar və 21 min rubl, sərnişinin cibindən isə 181 min 800 avro aşkarlayıblar. Fərdi yoxlanış aparılarkən isə daha 870 dollar və 20 min 850 rubl tapılıb. Beləliklə, Azərbaycan vətəndaşının 13 milyon rubl dəyərində olan valyutanı deklarasiyada göstərmədən ölkədən çıxarması müəyyənləşib. Ona qarşı “Qaçaqmalçılıq” maddəsi ilə cinayət işinin açılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR