Bank Of Baku

Xüsusi Təlim Tərbiyə Müəssisəsindən qaçan şagird tapılıb

Xüsusi Təlim Tərbiyə Müəssisəsindən qaçan şagird tapılıb
# 17 aprel 2008 08:47 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 12-də Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən Xüsusi Təlim-Tərbiyə Müəssisəsindən qaçan 15 yaşlı Bakı şəhər sakini Ülvi Rafiq oğlu Hənifəyev tapılıb. Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən APA-ya verilən məlumata görə, dünən polisə Xüsusi Təlim Tərbiyə Müəssisəsindən Ü. Hənifəyevin tapılması haqda məktub daxil olub və onun barəsində başlanan axtarış tədbirləri dayandırılıb. Xüsusi Təlim Tərbiyə Müəssisəsindən isə APA-ya bildirilib ki, müəssisənin əməkdaşları Ü. Hənifəyevi Yasamal rayonunda tapıblar. O, müəssisəni özbaşına tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR