Bank Of Baku

Astara rayon sakinlərini naməlum avtomobil vurub

Astara rayon sakinlərini naməlum avtomobil vurub
# 17 aprel 2008 11:31 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynalov - APA. Hacıqabul ərazisində Astara sakinlərini naməlum avtomobil vurub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsinin rəis müavini Elşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gecə saat 23.50 radələrində Astara rayon sakinləri Hüseynov Səadət Seyidağa oğlu və Şükürov Elşad Osman oğlu Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində gecə magistral yolu keçərkən naməlum avtomobil tərəfindən vurulublar. Xəsarət alan hər iki şəxs Əli Bayramlı şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR