Bank Of Baku

DİN və Baş Prokurorluq Bakıda bir ailənin 4 üzvünün qətlə yetirilməsinin təfərrüatlarını açıqlayıb

DİN və Baş Prokurorluq Bakıda bir ailənin 4 üzvünün qətlə yetirilməsinin təfərrüatlarını açıqlayıb
# 18 aprel 2008 14:34 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda göstərilib ki, Bakı şəhər sakini Ofeliya Abbasova və onun qızları Sevinc Abbasova, Xanım Abbasova, sonuncunun 7 yaşlı oğlu Fərid kəsici-deşici alətlərlə qətlə yetiriliblər. DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Prokurorluğu, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətmiş şəxsin Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nuriyev olduğu müəyyənləşib. O, aprelin 17-də Yardımlı rayonu ərazisində yaxalanıb. Təqsirləndirilən şəxs qismində dindirilən N. Nuriyev qətli tamah məqsədi ilə törətdiyini etiraf edib. İstintaq müəyyən edib ki, Bakı şəhərində fərdi fəhləliklə məşğul olan N.Nuriyev Abbasovlar ailəsi ilə tanış olaraq, onların evində təmir işləri aparıb və bu müddətdə O. Aslanovanın kiçik qızı olan, 29 yaşlı Sevinc Abbasova ilə onun yaxın münasibətləri yaranıb. Bundan sonra o, mütəmadi olaraq həmin mənzildə gecələyib, ailə üzvlərinin ev alqı-satqısı ilə məşğul olduğunu və bu yolla külli miqdarda pul qazandıqlarını öyrənib. Əvvəlcədən planlaşdırdığı cinayəti həyata keçirmək məqsədi ilə aprelin 14-də bu mənzilə gələn N. Nuriyev yenə də orda gecələməyə qərar verib. O, gecə saat 3.00 radələrində yuxudan qalxaraq dəmir parçası ilə Abbasovlara ölümcül zərbələr endirib. Sonra isə öldüklərinə əmin olmaq üçün mətbəxdən götürdüyü bıçaqla ardıcıl zərbələr vurub. O, evi qarət etdikdən sonra cinayətin izini itirmək üçün mənzildə yanğın törədərək, hadisə yerini tərk edib. N. Nuriyevin əldə etdiyi 40 min ABŞ dolları və 10 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları Yardımlı rayonunun Jiy kəndindəki evlərindən, onun qanlı paltarları isə kəndə gedən yolun kənarındakı kolluqdan götürülüb. Hazırda Bakı Şəhər Prokurorluğunda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR