Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşının evinə basqın edilib

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşının evinə basqın edilib
# 18 aprel 2008 14:40 (UTC +04:00)
Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər 3-cü mərtəbəyə qalxaraq eyvandan Q. Qarayev prospekti, ev 46, mənzil 29-da yaşayan, Azərbaycan Dövlət Neft Şirkətinin hüquqşünası Gündüz Çingiz oğlu Hacıyevin mənzilinə daxil olublar. Basqınçılar bıçaqla G. Hacıyevə hədə-qorxu gələrək, onun 5200 manatını, mobil telefonunu və evdəki qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar. Polis bölməsindən hadisə ilə bağlı hələlik saxlanılan olmadığını bildiriblər. Hazırda cinayəti törədən şəxslərin müəyyənləşməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsini 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR