Bank Of Baku

65 yaşlı Şəki sakinini maşın vurub

65 yaşlı Şəki sakinini maşın vurub
# 20 aprel 2008 10:45 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. 65 yaşlı Şəki sakinini maşın vurub. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin M. Rəsulzadə küçəsində qeydə alınıb. Şəki rayon sakini Nizami Məzahir oğlu Əmrahov idarə etdiyi “VAZ-2103” markalı, 55 BB 887 dövlət nömrə nişanlı maşınla piyada, şəhər sakini 1943-cü il təvəllüdlü Məmmədəli Abdulrəşid oğlu Əhmədovu vurub. Qəza nəticəsində M. Əhmədov ağır bədən xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü N. Əmrahov istintaqa verdiyi ifadəsində piyadanın sərxoş olduğunu və onun qəflətən maşının önünə yıxıldığını bildirib. RPŞ-nin istintaq qrupu mərhumun hadisə baş verən zaman sərxoş olduğunu təsdiq etsə də, polis əməkdaşları qəzanın baş vermə səbəbləri istiqamətində araşdırmaları davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR