Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib
# 23 may 2008 09:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Dünən axşam Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Prokurorluğundan bildirilib. Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 155, mənzil 30 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Tahir Ağarza oğlu Qurbanov hamamda laqonda tipli mişarla dəmir borunu kəsərkən mişar qırılaraq onun boğazını kəsib. T. Qurbanov aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR