Bakını Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının qarşısında baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Kuznetsova Yelena Viktor qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı sol baldır sümüyünün sınığı diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.