Göygöldə yol qəzasında xəsarət alan 3 azyaşlıdan biri ölüb - YENİLƏNİB

Göygöldə yol qəzasında xəsarət alan 3 azyaşlıdan biri ölüb - YENİLƏNİB
# 12 aprel 2021 11:46 (UTC +04:00)

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən azyaşlı 2020-ci il təvəllüdlü Bahar Hüseynzadədir.

***

11.13

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon Mərkəzi Xəstəxanasının qarşısında “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan 2020-ci il təvəllüdlü Hüseynzadə Bahar Elnur qızı, 2019-cu il təvəllüdlü Hüseynzadə Uğur Seymur oğlu və daha bir azyaşlı müxtəlif bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR