Sabirabadda 12 yaşlı velosipedçini avtomobil vurub öldürüb

Sabirabadda 12 yaşlı velosipedçini avtomobil vurub öldürüb
# 13 sentyabr 2020 11:57 (UTC +04:00)

Sabirabadda 12 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qəzli kəndində qeydə alınıb.

Kənd sakini, 12 yaşlı Həsənov Elşən Rövşən oğlu velosipedlə hərəkətdə olarkən avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polisi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR