Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, "Daewoo" markalı avtobusla "Hyundai" markalı minik maşını toqquşub.
Hadisə nəticəsində minik maşının sürücüsü ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Elşən Yəhyayev