Bank Of Baku

Abşeronda iki bacını avtomobil vurub

Abşeronda iki bacını avtomobil vurub
# 05 aprel 2023 01:31 (UTC +04:00)

Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Duz gölünün yaxınlığında qeydə alınıb.

2014-cü il təvəllüdlü Hüseynli Gülər Kamil qızı və onun bacısı - 2013-cü il təvəllüdlü Gülnur yolun əks tərəfinə keçmək istəyərkən onları minik avtomobili vurub. Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki qızın vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR