Piyadanın ehtiyatsızlığı onun xəsarət alması ilə nəticələnib.
APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Hüseynova Süsən Əjdər qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.