Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza aeroport şossesinin Suraxanı qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, “Vaz 2106” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək “Nissan” markalı maşına çırpılıb. “Nissan” idarəetmədən çıxaraq yol kənarındakı dəmirə çırpılıb. Qəza nəticəsində “Nissan” markalı maşının sərnişini xəsarət alıb.
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.