Bank Of Baku

Ağcabədidə keçmiş məhkum narkotik satışına görə saxlanılıb

Ağcabədidə keçmiş məhkum narkotik satışına görə saxlanılıb
# 03 sentyabr 2025 14:16 (UTC +04:00)

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxlayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR