Bank Of Baku

Ağcabədidə maşın dərəyə aşıb, Vətən müharibəsi iştirakçısı ölüb - FOTO - VİDEO

Ağcabədidə maşın dərəyə aşıb, Vətən müharibəsi iştirakçısı ölüb - FOTO  - VİDEO
# 12 avqust 2023 15:53 (UTC +04:00)

Ağcabədidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Mirzəyev Racim Çingiz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R. Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə" ,"Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR