Bank Of Baku

Ağdamda 15 yaşlı qız itkin düşüb - FOTO

Ağdamda 15 yaşlı qız itkin düşüb - FOTO
# 22 iyun 2023 15:15 (UTC +04:00)

Ağdamda 15 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi, qara və qismən uzun saçları var. Əynində qara köynək və şalvar, ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinin (026)325-02-02 və 050-443-24-76 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR