Ağdamda 21 yaşlı qadın intihar edib.
APA xəbər verir ki, hadisə rayonun Baharlı - 2 qəsəbəsində baş verib. Ağdam rayonunun Xıdırlı kənd sakini, 2002-ci il təvəllüdlü Zənurə Səmədova özünü iplə asıb. O yaxınları tərəfindən xəstəxanaya aparılsa da, orada ölüb.
İlkin məlumata görə, Zənurə Səmədova övladı olmadığına görə intihar edib.
Araşdırma aparılır.